Hərbi tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib Hadisə

Hərbi tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına əsasən, sentyabrın 6-da Bakıda tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev, Almaniya Federal Müdafiə Nazirliyi Çevik Tibb Əməliyyat mərkəzinin nümayəndələri Ronni Mixael və Mikael Zann iştirak ediblər.
İki gün davam edəcək tədbirdə hərbi tibb mütəxəssisləri "Tibb bölmələri əməliyyatlarda" mövzusunda təcrübə və fikir mübadiləsi aparacaqlar.
Səfər zamanı qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına baş çəkərək bölmə və şöbələrdə yaradılmış şərait, eləcə də müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpusları ilə tanış olacaqlar.