“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
11 Dekabr 2023 18:27
2 219
Vətəndaşlardan daxil olan müraciətlər əsasında “azerinfo.az" xəbər saytının rəhbəri Hümbətov İbrahim Qubad oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.
Qeyd edək ki, eyni əməllərə görə “dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimov da həbs edilib, barəsində cinayət işi açılıb, istintaq gedir.
20:44
777
13 Dekabr 20:25
1 757
13 Dekabr 17:19
1 477