23 Yanvar 2024 12:03
2 044
Avtobusların hərəkəti üçün nəzərdə tutulan zolaqda digər nəqliyyat vasitələrinin hərəkət etməsi inzibati məsuliyyət yaradır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülərə qarşı aidiyyəti qurum tərəfindən qanuna müvafiq tədbirlər həyata keçirilir.
AYNA sürücüləri avtobus zolaqlarının tələblərinə riayət etməyə çağırıb.
10:28
805
11 Aprel 13:51
1 568
11 Aprel 12:38
1 358