18:39
707
İran tərəfi İslamabadda ABŞ ilə aparılan danışıqların daha bir gün uzadıla biləcəyini istisna etmir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, İran və ABŞ nümayəndə heyətləri "bir sıra problemlər üzrə detallı və texniki müzakirələrə keçiblər". Agentlik qeyd edir ki, "danışıqların bir gün davam etməsi planlaşdırılsa da, onların daha bir gün uzadılması ehtimalı var".
Məryəm Quliyeva