İslamabad danışıqları: Jurnalistlər üçün geniş şərait yaradılıb Gündəm

İslamabad danışıqları: Jurnalistlər üçün geniş şərait yaradılıb

İslamabadda keçirilən ABŞ və İran danışıqlarını işıqlandırmaq üçün müxtəlif ölkələrdən olan media nümayəndələrinə bütün lazımi şərait yaradılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan Dövlət Televiziya Korporasiyasına (PTVC) Cənubi Asiya ölkəsinin informasiya və yayım naziri Attaulla Tarar məlumat verib.

"Çin, Səudiyyə Ərəbistanı, Yaponiya, Almaniya və Koreya Respublikası da daxil olmaqla, müxtəlif ölkələrin jurnalistləri danışıqları işıqlandırmaq üçün viza müraciəti ediblər", — deyə nazir bildirib.

Tararın sözlərinə görə, jurnalistlər üçün Məhəmməd Əli Cinna adına konfrans mərkəzində "hər şey bir dam altında" təşkil olunub. Orada yüksək sürətli internet, printerlər, kompüterlər və ekranlar quraşdırılıb.

Məryəm Quliyeva