Makron: Boğazda təhlükəsizliyə dəstək verməyə hazırıq Gündəm

Makron: Boğazda təhlükəsizliyə dəstək verməyə hazırıq

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşqian ilə telefon danışığı zamanı Parisin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə kömək etməyə hazır olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransa lideri öz "X" hesabında məlumat paylaşıb.

Makron Pezeşqianı İslamabadda başlayan müzakirələrdən istifadə edərək regionda deeskalasiyaya və bütün tərəflər üçün etibarlı təhlükəsizlik zəmanəti verəcək razılaşmaya nail olmağa çağırıb.

"Mən İran tərəfindən Hörmüz boğazında gəmiçilik azadlığının və təhlükəsizliyinin tezliklə bərpa olunmasının zəruriliyini vurğuladım. Fransa buna dəstək verməyə hazırdır", — deyə Makron qeyd edib.

Bundan əlavə, Fransa lideri Livan da daxil olmaqla, atəşkəs rejiminə tam əməl olunmasının vacibliyini xatırladıb.

Məryəm Quliyeva