18:50
644
İsrail ordusu Livanda şiə təşkilatı "Hizbullah"ın obyektlərinə zərbələr endirməyə davam edir.
Xalqcebhesi.az xəbər verir ki, ordu mətbuat xidmətinin məlumatına görə, son sutka ərzində orada 200-dən çox hədəfə hücum edilib.
"İsrail Müdafiə Ordusu son 24 saat ərzində Livanda 'Hizbullah'ın 200-dən çox hədəfinə zərbələr endirib", — deyə məlumatda bildirilir.
Mətbuat xidmətindən qeyd ediblər ki, ordu İsrail ərazisinin Livandan atəşə tutulmasının qarşısını almaq məqsədilə "raket buraxılış qurğularına zərbələr endirməyə davam edir".
Məryəm Quliyeva