11 Aprel 15:28
3 024
Pakistan hərbi qüvvələri birgə strateji müdafiə sazişi çərçivəsində Səudiyyə Ərəbistanına gəlib.
Bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə Nazirliyi iki qardaş ölkə arasında imzalanmış birgə strateji müdafiə müqaviləsi çərçivəsində Pakistan İslam Respublikasından hərbi qüvvələrin Kral Əbdüləziz Hava Bazasına gəldiyini bəyan edir”, - açıqlamada deyilir.
Nazirliyin məlumatına görə, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr iki ölkənin silahlı qüvvələrinin əməliyyat hazırlığını koordinasiya etmək və artırmaq üçün hava bazasına gəlib.
Xatırladaq ki, İsrail və ABŞ ilə müharibə zamanı İran Səudiyyə Ərəbistanına hava hücumlar həyata keçirib.
29 May 14:34
1 547
29 May 11:35
1 414
29 May 09:45
1 484