Danışıqların uğursuzluğu fonunda tankerlər boğazdan geri dönüb Dünya

Danışıqların uğursuzluğu fonunda tankerlər boğazdan geri dönüb

İki boş supertanker Hörmüz boğazı vasitəsilə Fars körfəzi istiqamətində keçməyə cəhd etsə də, ABŞ və İran arasındakı danışıqların nəticəsiz qalması fonunda son anda geri dönüblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi dəniz nəqliyyatının monitorinq sistemlərinin məlumatlarına istinadən xəbər verib.

Məlumata görə, ötən gün Hörmüz boğazındakı İranın Larek adasına üç tanker yaxınlaşıb. Bu keçid məntəqəsində onlardan ikisi — biri Yunanıstan şirkətinə məxsus olan və İraqa gedən, digəri isə Pakistan bayrağı altında BƏƏ-yə doğru hərəkət edən gəmi geri dönüb. Qeyd olunur ki, marşrutlardakı bu dəyişiklik ABŞ və İranın Pakistandakı danışıq nümayəndələrinin razılığa gələ bilmədiyi elan olunduğu vaxtla eyni məqama təsadüf edib. Agentlik yazır ki, bu vəziyyət ABŞ, İsrail və İran arasında atəşkəs ehtimalını təhlükə altına salıb.

Bloomberg-in məlumatına görə, üçüncü gəmi Fars körfəzi istiqamətində hərəkətini davam etdirərək boğazı keçib, lakin onun hara getdiyi məlum deyil. Bu tankerin Cənubi Koreyanın Sinokor Maritime operatoru tərəfindən idarə olunan Haut Brion 8 SA şirkətinə məxsus olduğu bildirilir.

Məryəm Quliyeva