Tramp: Hörmüz boğazı tezliklə açılacaq Gündəm

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tezliklə gəmiçilik üçün açılacağı barədə növbəti dəfə bəyanatla çıxış edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəhbəri "Truth Social" sosial şəbəkəsində yazıb.

"Hörmüz boğazı tezliklə açılacaq, boş gəmilər isə yüklənmək üçün ABŞ-a tələsir", — deyib.

Aprelin 10-da Amerika lideri boğazın gəmiçilik üçün "kifayət qədər tezliklə" açılacağına əminliyini ifadə etmişdi.

Məryəm Quliyeva