

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Oğuzda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb.
DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunub.
S.Mustafayev, C.Həmzəyev, F.Qasımov və E.Bəşirov idarə etdikləri avtomobillərlə yol-hərəkəti qaydalarını pozduqları üçün polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıblar. Yoxlamalar zamanı onların narkotik vasitənin təsiri altında olmalarına dair şübhələr olduğundan müayinədən keçiriliblər. Müayinənin də nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitədən istifadə etdikləri məlum olub.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.