5 İyun 2024 16:59
2 569
Azərbaycanda gördüklərimiz bizi çox sevindirir.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda panel müzakirəsi zamanı "Masdar" şirkətinin Asiya və Afrika regionlarında inkişaf və sərmayələr üzrə direktoru Abdulla Zayed deyib.
"Biz burda ambisiya və güclü istəyin olduğunu görürük. Hökumət verdiyi vədi yerinə yetirir. Bu da bizim burada mövcudluğumuzu davam etdirməyə kömək edir. Biz özümüzü strateji investor kimi görürük. Azərbaycanda qalmaq və davamlı şəkildə inkişaf etmək üçün buradayıq", - deyə o, əlavə edib.