ICESCO azad edilmiş ərazilərdə 81 mədəni irs abidəsinin vəziyyətini qiymətləndirib Mədəniyyət

ICESCO azad edilmiş ərazilərdə 81 mədəni irs abidəsinin vəziyyətini qiymətləndirib

ICESCO azad edilmiş ərazilərdə 81 mədəni irs abidəsinin vəziyyətini qiymətləndirib.

APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, işğaldan azad edilmış ərazilərimizdə tapılan kütləvi məzarlıqlara dair arayışlar BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və ya qeyri-iradi itkin düşmələr üzrə işçi qrupuna təqdim edilib. ICESCO ilə aparılmış iş nəticəsində isə mədəni irsin postmünaqişə vəziyyətinin dəyərləndirilməsi məqsədilə təşkilat nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə işğaldan azad olunmuş ərazilərimizə 2-ci beynəlxalq texniki missiya təşkil edilib. Missiyanın nəticələrinə əsasən hazırlanmış hesabatda işğal dövründə Ermənistan tərəfindən mədəni mülkiyyətə dəymiş ziyan dəyərləndirilib, 81 mədəni irs abidəsinin vəziyyəti və hər abidə üzrə fərdi qiymətləndirmə sənəddə əksini tapıb.