Hindistan ABŞ ilə ticarət sazişinin imzalanmasını təxirə salıb Dünya

Hindistan ABŞ ilə ticarət sazişinin imzalanmasını təxirə salıb

Vaşinqtonun beynəlxalq ticarət sahəsində başlatdığı yeni araşdırma səbəbindən Hindistan ABŞ ilə ticarət sazişinin bağlanmasını bir neçə ay müddətinə təxirə salıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə The Economic Times qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Hindistan, Prezident Donald Tramp administrasiyasının 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi çərçivəsində yeni araşdırmaya başlamasından sonra Vaşinqtonla saziş imzalamağa tələsməmək qərarına gəlib. Bu araşdırmanın məqsədi ölkələrin məcburi əməkdən istifadə edilməklə istehsal olunmuş malların idxalına qarşı adekvat qaydalara malik olub-olmadığını müəyyən etməkdir.

Qəzet qeyd edib ki, Hindistan hakimiyyəti bu səbəbdən yekun sövdələşməni bağlamağa tələsməməyə üstünlük verir və milli iqtisadiyyat üçün mümkün nəticələri təhlil etməyə davam edir.

Məryəm Quliyeva