15:37
903
ABŞ-da İrana qarşı həyata keçirilən, İsrail və ABŞ koalisiyasının apardığı müharibə ilə bağlı fikirlər yekdil deyil. ABŞ-ın bir çox siyasi və hərbi dairələrində artıq Trampın bu istiqamətdə yürütdüyü siyasət ciddi şəkildə tənqid olunur və məhz bu səbəbdən Tramp müharibənin dərinləşməsindən daha çox narahatdır. Bu səbəbdən Tramp anlayır ki, müharibə davam etdikcə dəyən ziyanın həcmi artacaq və həm maliyyə baxımından, həm hərbi ziyan və itkilərin sayının artması baxımından vəziyyət daha da kritik həddə çatmasına səbəb olacaq.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
O, qeyd edib ki, ABŞ prezidenti Trampın bu səbəbdən müharibənin bir an tez bitməsi ilə bağlı cəhdləri açıq şəkildə ifadə olunmaqdadır. Amma, İsrailə bir həftə vaxt qoyması ilə bağlı rəsmi açıqlama yoxdur və hesab edirəm ki, müharibənin bitməsi üçün Trampın təkbaşına qərar vermək imkanı məhduddur. Əyər belə bir qərar veriləcəksə, bu qərar Tramp və Netanyahu arasında razılaşdırılacaq.
Həmçinin bu haqda dünyanın beynəlxalq analitik media qurumları tərəfindən bu xəbər öz təsdiqini tapmayıb və rəsmi xəbər olaraq təqdim edilməyib. Əlbəttə ki, xəbər ABŞ prezidenti Trampın verdiyi açıqlamalara uyğun olaraq tirajlana bilər. Tramp bu istiqamətdə müharibənin tezliklə bitə biləcəyini qeyd edib və o bunu İranın müharibədə xeyli zəifləməsi ilə əlaqələndirib. Digər çıxışında isə, "istəsəm müharibəni istədiyim vaxt bitirə bilərəm" deyib. Daha sonra "müharibənin bitməsi ilə bağlı qərar, İsrail baş naziri Netanyahu ilə birlikdə veriləcək" deyib. G7 liderləri ilə görüş zamanı, Tramp, "İranın təslim olmağa yaxın" olduğunu nəzərə alaraq müharibənin yaxın gələcəkdə bitəcəyini söyləyib. Belə olan təqdirdə ABŞ prezidentinin müxtəlif bəyanatlarla müxtəlif yerlərdə nəsə soyləməsindən istifadə edərək,, İsrailə bir həftə vaxt,, vermə versiyası o qədər də bu qarışıq vəziyyətdə ciddi məlumat kimi görünmür. İranın da Trampın açıqlamaları ilə əks istiqamətdə aciqlamalar verməsi, deməyə əsas verir ki, muharibə hələ bir müddət davam edəcək.
Cavid