8 ayda 101 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət təyin olunub Hadisə 13 Sentyabr 2024 11:25 5 432 2024-cü ilin yanvar-avqust ayları ərzində 101 min nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. Dövlət Sosial Müdafiə Fondundan APA-ya verilən xəbərə görə, bunun 53,73%-ni kişilər, 46,27%-ni isə qadınlar təşkil edib.