Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
13 Sentyabr 2024 12:30
4 116
“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sentyabrın 14-dən Bərdə-Xankəndi müntəzəm avtobus reysini istifadəyə verəcək. Məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
AYNA-dan "APA-Economics"ə verilən məlumata görə, gün ərzində 3 dəfə həyata keçiriləcək reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşəcək. Xankəndi-Bərdə reysi üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.
Bərdə-Xankəndi reysi və Bərdə-Xocalı aralıq məntəqəsi reysi “biletim.az” portalına inteqrasiya edilib. Bərdə-Xankəndi istiqamətində biletin qiyməti 2.80 manat, Bərdə-Xocalı istiqamətində 2.50 manat təşkil edir.
Qeyd edək ki, biletləri portal üzərindən onlayn qaydada əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin alınması da mütləqdir.
18:33
658
17:40
742
17:12
763