“İkili vətəndaşlıqla bağlı qanunvericilikdə boşluq var” Hadisə

“İkili vətəndaşlıqla bağlı qanunvericilikdə boşluq var”

Əliməmməd Nuriyev: "Bu çox mürəkkəb və qanunvericilikdə sona qədər təfsir olunmamış məsələdir"

"Azərbaycan dövləti eyni anda ikili vətəndaşlığı tanımır. Amma bir şəxs eyni zamanda iki ölkənin vətəndaşı ola bilər. Məsələn, bəzi şəxslər eyni zamanda həm Türkiyə, həm də Azərbaycan vətəndaşlığı var. Elə hallar da olub ki, Türkiyə vətəndaşına Azərbaycan vətəndaşlığı verilib".
Bunu Modern.az-a açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bu məsələdə müəyyən boşluqlar da var. "Vətəndaşlıq şəxsin ölkə ilə sırf siyasi bağlılığını nəzərdə tutan bir hüquqi aktdır. Bununla bağlı məsələlər sona qədər müəyyənləşməyib ki, hansı anda Azərbaycan vətəndaşlığı başlansın, hansı anda Türkiyə vətəndaşlığı başlansın. Bu ərazidə daha çox özünü göstərir. Şəxs hansı ölkədə olmasında asılı olaraq o dövlətin qanunları işləməyə başlayır. Bu daha çox seçim imkanını şəxsin özünə verir. Yəni qanunda göstərilmir ki, hansı ölkənin vətəndaşlığı hansı andan başlanır və harda bitir. Düşünürəm ki, bu çox mürəkkəb və qanunvericilikdə sona qədər təfsir olunmamış məsələdir".