Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
3 Mart 15:37
1 736
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılığı ilə Rumıniyada səfərdə olan nümayəndə heyəti Dini məsələlər üzrə dövlət katibi Çiprian Vasile Oliniçi ilə görüşüb.
Nümayəndə heyətini salamlayan Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Çiprian Vasile Oliniçi qarşılıqlı səfərlərin iki ölkə arasında dini sahədə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq imkanları və istiqamətləri barədə müzakirələr aparmaq baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycan və Rumıniya xalqlarının paylaşıla biləcək ortaq dəyərlərinin olduğunu diqqətə çatdıran dövlət katibi Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirdiyini, ölkəmizin bu sahədə mövcud təcrübəsinin öyrənilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycandakı dövlət-din münasibətləri və multikultural mühit, dinə dövlət qayğısı barədə məlumat verən Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi və tolerant dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verildiyini, müxtəlif dinlər arasında həmrəyliyin gücləndirilməsi istiqamətində böyük səylər göstərildiyini bildirib. Azərbaycanda tarixən müxtəlif konfessiyaların nümayəndələrinin vahid bir ailə kimi mehriban şəraitdə yaşadıqlarını, dövlətin bu ənənələri daha da inkişaf etdirmək məqsədilə mühüm layihələrin həyata keçirildiyini qeyd edib. Ölkəmizin dinlər və mədəniyyətlərarası münasibətlərin inkişafına verdiyi töhfələrdən də danışan Komitə sədri Azərbaycanın təşəbbüsü və iştirakı ilə keçirilən tədbirlərin beynəlxalq səviyyədə tolerantlığın möhkəmlənməsinə böyük təkan olduğunu söyləyib.
Baş direktor Florin Frunza, müavini Sezar Pavalaşcunun da iştirak etdiyi görüşdə dini sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, müvafiq sahə üzrə müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Cavid
26 Oktyabr 15:29
1 127
25 Oktyabr 16:43
1 589
25 Oktyabr 13:34
1 673
