

İran dinc nüvə enerjisini inkişaf etdirmək qətiyyətini təsdiqləmək üçün ABŞ-la dolayı danışıqlar aparır və heç vaxt öz hüquqlarından əl çəkməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Biz müharibəyə can atmadığımızı sübut etmək üçün danışıqlar aparırıq. İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib və buna cəhd etməyəcək, lakin heç bir halda da dinc nüvə enerjisinə dair hüquqlarından imtina etməyəcək", - Pezeşkian bildirib.