
Böyük Britaniyanın bazasında "ciddi nüvə insidenti" baş verib
14 Avqust 20:11
14 Avqust 20:11
14 Avqust 18:30
14 Avqust 17:51
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İsrailin “Maariv” qəzetinin məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu İsrail parlamentinin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin qapalı iclasında ABŞ-nin İsrailə etdiyi hərbi yardımla bağlı açıqlama verib.
Xəbərdə Netanyahu "Silahlar üçün təxminən 4 milyard dollar alırıq. Düşünürəm ki, iqtisadi yardımdan yorulduğumuz kimi, bundan da yorulacağıq" deyib.
Bundan əlavə, İsrailin dövlət televiziyası KAN xəbər verib ki, Netanyahu iclasda “Amerikadan təhlükəsizlik yardımı almağı dayandırmalı olacağımızı düşünürəm” deyə qeyd edib.
İsrail mediası bildirir ki, ABŞ-nin İranla danışıqlara başlaması, milli təhlükəsizlik müşaviri Mayk Valsın vəzifədən çıxarılması və Yəməndə husilərlə atəşkəs razılaşması Trampla Netanyahu arasında problemlərə işarədir.
Həmçinin ABŞ Prezidenti Donald Trampın Netanyahuya qarşı "xəyal qırıqlığına uğradığı” və Yaxın Şərqdə onsuz irəliləməyə qərar verdiyi bildirilir.