"İnter" səfərdə "Torino"ya qalib gəlib İdman

"İnter" səfərdə "Torino"ya qalib gəlib

İtaliya A Seriyasında 36-cı turun növbəti oyunu keçirilib.

Çempionluq mübarizəsi aparan "İnter" səfərdə "Torino" ilə qarşılaşıb. Görüş Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xallarını 77-yə çatdıran "İnter" ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə eyni xala malik "Napoli" başçılıq edir.