Qaqauziya rəhbərinin həbs müddəti uzadıla bilər Dünya

Qaqauziya rəhbərinin həbs müddəti uzadıla bilər

Moldova Baş Prokurorluğu Qaqauziyanın başqanı Yevgeniya Qutsulun həbs müddətinin 30 gün müddətinə uzadılması tələbi ilə məhkəməyə müraciət edib.

Bu barədə TASS-a onun vəkili Nataliya Bayram məlumat verib.

Onun sözlərinə görə, müdafiə etdiyi şəxsin təcridxanada saxlanılma müddəti mayın 14-də başa çatır.

Qeyd edək ki, siyasətçi martın 25-də Kişineu havalimanında saxlanılıb.