Göyçayda ağacdan meyvə yığan şəxs yıxılaraq ölüb Hadisə

Göyçayda ağacdan meyvə yığan şəxs yıxılaraq ölüb

Göyçayda bədbəxt hadisə baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay rayon Bığır kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1962-ci il təvəllüdlü Qüdrət Vahidov mayın 8-də ağacdan meyvə yığarkən yıxılıb. Onun aldığı xəsarətlərdən dünən yaşadığı evdə öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.