

17 İyun 16:52
17 İyun 14:43
17 İyun 10:37
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-21015" markalı nəqliyyat vasitəsi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Dərhal əraziyə 3 təcili yardım avtomobili və həkim briqadası cəlb olunub. Qəza nəticəsində xəsarət alan 5 nəfər şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, müalicələri müvafiq şöbədə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.