

17 İyun 16:52
17 İyun 14:43
17 İyun 10:37
"9-cu İsrail kanalı": İsrail Hərbi Hava Qüvvələri Xameneyinin bunkeri yerləşən ərazini bombalayır.
Xalqcebhesi.az xəbər verir ki, İsrailin "9-cu kanalı", İran mənbələrinə istinadən, İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) İranın ali lideri Ayətullah Əli Xameneyinin bunkeri yerləşən Tehranın bir məhəlləsini bombaladığını xəbər verib.
İsrail Müdafiə Ordusunun (ÇAXAL) nümayəndəsi də HHQ-nin hazırda Tehranın ətrafında İran rejiminə aid hərbi obyektləri hədəf aldığını təsdiqləyib.
Məlumata görə, 16 iyun tarixində Xameneyinin Tehranın şimal-şərqində yerləşən Lavizan bölgəsindəki bunkerdə olduğu ortaya çıxıb. Iran International nəşrinin mənbələrinə görə, bu köçürülmə 13 iyun səhəri İsrailin hava zərbələrindən bir neçə saat sonra baş verib.
Məryəm Quliyeva