

17 İyun 16:52
17 İyun 14:43
17 İyun 10:37
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna və İrandakı vəziyyəti müzakirə edib.
APA-nın məlumatına görə, bunu Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.
Tramp bildirib ki, Putin İran-İsrail münaqişəsinin həllində ona vasitəçilik etməyi təklif edib:
"Ona dedim ki, gəlin əvvəlcə Rusiya və Ukrayna ilə bağlı vasitəçilik edək, bundan sonra İran ətrafındakı vəziyyətlə bağlı məşğul olarıq".