

17 İyun 16:52
17 İyun 14:43
17 İyun 10:37
İyulda Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin “Öyrədərək Öyrənirəm” layihəsi çərçivəsində görkəmli yazıçı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, yeni yaradıcılıq işinin quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Nizami Dadaşov, rejissoru Rəvan Hüseynzadə, musiqi tərtibatçısı Elay Xasiyevdir. Ritmika Ramazan Xanlarova, musiqilərin ifası – “Dərviş” qrupuna məxsusdur.
Səhnə əsərində əsas mövzu cəmiyyətdə insanların fağır, zəif, ehtiyaclı insanı necə linç edib, bütün problemləri ona yükləyib və sonda onu mənən, ruhən, daha sonra isə cismən yerə gömdüyündən bəhs edilir.
Tamaşada obrazları Əməkdar artist İzaməddin Bağırov (Əvəz Əvəzov), aktyorlar Kamran Muradlı (Yaxşı kişi, Məmməd Məmmədov, Qulam Qulamov), Şəmistan Süleymanlı (Pis kişi, Namaz Namazov) , İlham Səfərli (Kazım Kazımov), Elmir Mehdiyev (Vəli Vəliyev, Otello), Habil Xanlarov (Əhməd Əhmədov, Sadıq Sadıqov, Kamal Kamalov), Elay Xasiyev(Abbas Abbasov, Əkbər Əkbərov, Əsgər Əsgərov),Aynur Hümmətova (Əzizə Əzizova, Gülab Gülabova), İlahə Səfərova (Rəhimə Rəhimova, Dezdamona), Ramazan Xanlarov və Etibar Cəbiyev (Şəhər sakinləri) ifa edirlər.