Pentaqon Minabda qızlar məktəbinin vurulması ilə bağlı araşdırmanı davam etdirir
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Pentaqon: ABŞ Ukrayna ordusuna kəşfiyyat məlumatı verməyə davam edir
ABŞ-ın müharibə naziri ilə Adam Smit arasında İranla bağlı gərgin müzakirə aparılıb
18 İyun 2025 16:05
3 185
İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar dünya bazarında neft qıtlığı yoxdur, lakin risklər artıq qiymətdə özünü göstərir.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Belə ki, heç bir qıtlıq yoxdur. Balans qorunur. Tədarüklər həyata keçirilir. Bazar müəyyən riskləri qiymətləndirir, ona görə də bu, digər amillərlə yanaşı, qiymətdə də özünü büruzə verir", - Aleksandr Novak qeyd edib.
Baş nazirinin müavini neftin qiymətinin Yaxın Şərqdə eskalasiya səbəbindən bir barel üçün 100 ABŞ dollarına yüksələcəyi ilə bağlı proqnozları şərh etməyib: “Mən bəzi insan və ekspertlərin öz qiymətləndirmələrini verdiklərini görürəm. İndi istənilənləri demək olar. Hər şey bazarın qeyri-müəyyənliklərə və risklərə reaksiyasından asılı olacaq”.