

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Lerikdə bədbəxt hadisə nəticəsində rabitəçi ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Cəngəmiran kəndində baş verib.
"AzTelekom"un Lerik rayon şöbəsində elektrik işləyən Lerik rayon sakini 1972-ci il təvəllüdlü Sərdar Bali oğlu Həmidov Cəngəmiran kəndində təmir-bərpa işlərinə cəlb olunub.
S.Həmidov dirəkdə iş görərkən elektrik cərəyanı onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Qeyd edək ki, Sərdar Həmidov 10 ildən çoxdur ki, rabitədə çalışırdı. Dünən o, 53 yaşını qeyd edib. Ailəli idi, iki övladı var.
Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.