FHN-in qüvvələri Gürcüstanda onlara həvalə olunmuş sahədə yanğını söndürüb Hadisə

FHN-in qüvvələri Gürcüstanda onlara həvalə olunmuş sahədə yanğını söndürüb

Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası onlara həvalə olunmuş Daba kəndi yaxınlığındakı yanğın ocaqlarını söndürüb.
Bu barədə APA-ya FHN-dən bildirilib.
Hazırda FHN-in bölgəyə cəlb edilmiş qüvvələri onlara həvalə edilən digər yanğın ocaqlarının söndürülməsi istiqamətində yanğınsöndürmə əməliyyatları həyata keçirir.
Qeyd edək ki, Gürcüstan Hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.