

23 Avqust 19:42
23 Avqust 17:46
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
2025-ci ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 1241 yeni iş yeri yaradılıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47.7% artıb. Belə ki, 2024-cü ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yerləri yaradılmışdı.
Qeyd edək ki, hesabat dövründə ən çox yeni iş yeri Xankəndi və Laçında yaradılıb. Belə ki, cari ilin ilk 6 ayı ərzində Xankəndidə 385, Laçında isə 244 yeni iş yerləri yaradılıb.
Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 104 yeni müəssisə və təşkilat, 1654 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib.
Aşağıdakı cədvəldə 2025-ci ilin I yarımilindəazad edilmiş ərazilərdə yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib: