İngiltərənin Uayt adasında helikopter əkin sahəsinə düşüb Dünya

İngiltərənin Uayt adasında helikopter əkin sahəsinə düşüb

İngiltərənin cənubundakı Uayt adasında helikopterin tarlaya düşməsindən sonra hadisə yerinə çoxlu sayda təcili yardım briqadası göndərilib.

Xalqcebhesi.az xəbər verir ki, Hempşir və Uayt Adası polisindən verilən yazılı açıqlamada, polisin Şenklin yolunda baş verən qəza xəbərinin ardından yerli vaxtla səhər saat 9:24-də bölgəyə çağırıldığı bildirilib.

Açıqlamada, helikopterdə neçə nəfərin olduğu və ya yaralı olub-olmaması barədə hələlik məlumat verilmədiyi bildirilib. Polis, bölgədə çox sayda təcili yardım vasitəsinin olduğunu, yolu trafiki bağladığını və vətəndaşlardan həmin ərazidən uzaq durmalarını xahiş edib.

Ərazidəki Hava Ambulans Xidmətindən verilən açıqlamaya görə, bir həkim və mütəxəssis sağlamlıq işçilərindən ibarət intensiv tibbi yardım qrupu, təcili yardım əməkdaşları ilə birgə hadisəyə müdaxilə edib.

Bölgədəki mətbuatda yayılan xəbərlərə görə, Uayt adasında baş verən qəzanın şahidi olan Leigh Goldsmith helikopterin yerə çırpılmadan əvvəl spiral hərəkətlər edərək dönməyə başladığını və sonra kollara çırpdığını bildirib. Goldsmith, helikopterdə 4 nəfərin olduğunu düşündüyünü və helikopterin hava yastıqlarının açıldığını qeyd edib.

Məryəm Quliyeva