Mərkəzi Bank iki investisiya şirkətinə xəbərdarlıq edib İqtisadiyyat

Mərkəzi Bank iki investisiya şirkətinə xəbərdarlıq edib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Assist Finance İnvestisiya Şirkəti" və “İnno Kapital İnvestisiya Şirkəti”nə xəbərdarlıq edib.

Bu barədə “APA-Economics” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış tematik yoxlamalar çərçivəsində "Assist Finance İnvestisiya Şirkəti" ASC və “İnno Kapital İnvestisiya Şirkəti” ASC-yə tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə İnvestisiya şirkətlərinə xəbərdarlıq edilib və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.