Sumqayıtda mənzildə 63 yaşlı qadının meyiti aşkarlanıb Hadisə

Sumqayıtda mənzildə 63 yaşlı qadının meyiti aşkarlanıb

Sumqayıtda mənzildə 63 yaşlı qadının meyiti tapılıb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 20-ci məhəlləsində qeydə alınıb.

1962-ci il təvəllüdlü Nabat Qərib qızı Məmmədovanın meyiti onun yaşadığı evdə aşkarlanıb.

Mərhumun meyiti müvafiq qurumlara təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.