Ukrayna və ABŞ nümayəndələri görüşəcək Dünya

Ukrayna və ABŞ nümayəndələri görüşəcək

Ukrayna həftə ərzində ABŞ-la təhlükəsizlik zəmanətlərinə dair əsas planın hazırlanması üçün görüşlər keçirəcək.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin Baş naziri Yonas Gar Stere ilə birgə mətbuat konfransında bildirib.

Zelenski qeyd edib ki, Rusiya ilə mümkün gələcək görüşə hazırlıq çərçivəsində bu gün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqla görüşəcək.

“Həftənin sonunda Ukrayna və ABŞ nümayəndələrinin görüşü baş tutacaq”, – Zelenski bildirib.