

23 Avqust 19:42
23 Avqust 17:46
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Böyük sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə təbrik edir və ən səmimi arzularımı çatdırıram.
Parlaq, çoxtərəfli ictimai və dövlət xadimi, sevimli həyat yoldaşı və ana kimi Sizə həmişə heyranam.
Siz təmiz və fədakar ürəyiniz, xeyirxah əməlləriniz ilə haqlı olaraq bütün Azərbaycan xalqının məhəbbətini, Özbəkistanda və dünyanın digər ölkələrində böyük hörmət qazanmısınız.
Bu gözəl gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, ailə səadəti, mənəvi harmoniya, bütün yaxşı təşəbbüslərinizi həyata keçirmək naminə tükənməz güc və enerji arzulayıram.
Qoy, həyatınız həmişə sevinc, yaxınlarınızın qayğısı və dəstəyi ilə dolsun!"