İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
25 Avqust 2025 09:46
3 500
“Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq baxımından əhəmiyyətli oldu. Türkmənistan Xalq Məsləhətinin sədri ilə keçirilən görüşlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafı müzakirə edildi”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Z.Qarayeva əlavə edib ki, Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə təşkil edilən yüksək səviyyəli görüş isə regional əməkdaşlığın yeni formatını ortaya qoydu: “Burada enerji resurslarının daşınması, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və təhlükəsizlik məsələləri ön plana çəkildi. İmzalanan sənədlər tərəflərin gələcək əməkdaşlığa siyasi deyil, həm də hüquqi baza yaratmaq niyyətini təsdiqlədi”.
Politoloqun sözlərinə görə, görüşün sonunda verilən birgə bəyanat bu təşəbbüslərin davamlı xarakter daşıyacağını göstərdi: “Türkmənistanın İlham Əliyevə “Axaltəkə” atı hədiyyə etməsi isə dostluq və qarşılıqlı hörmətin rəmzi olaraq diqqət çəkdi. Bu səfər Azərbaycan üçün Orta Asiya ilə əməkdaşlıqda yeni imkanlar açaraq regional inteqrasiyanın möhkəmlənməsinə xidmət etdi”.
Röya İsrafilova
16 Yanvar 21:29
1 750
16 Yanvar 20:47
1 820
16 Yanvar 17:35
2 072