

23 Avqust 19:42
23 Avqust 17:46
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin reallaşdırdığı “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsinin yekun tədbiri keçirilib. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşıb.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli layihə çərçivəsində Gəncə, Saatlı, Sabirabad və Bərdə şəhərlərində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, yekun mərasiminin Bakı şəhərində təşkili təsadüfi deyil. “Çünki paytaxtda da çoxsaylı qərbi azərbaycanlı soydaşlarımız, erməni vandallarının zorakılığı nəticəsində ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalan insanlar yaşayır. Layihənin əsas məqsədi qərbi azərbaycanlı soydaşlarımızın daha sıx yaşadığı bölgələrdə ustad aşıq Dədə Ələsgərin adı ilə tədbirlər təşkil etməklə onların Qərbi Azərbaycana qayıdış prosesinə mənəvi hazırlığına töhfə verməkdir”,- deyə X.Ələsgərli əlavə edib.
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, şair-publisist Yusif Nəğməkar və tədqiqatçı Hacı Loğman Qorqud Qərbi Azərbaycan həqiqətlərinin təbliği, milli yaddaşın qorunması və Ustad Ələsgər irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıblar.
Tədbir bədii proqramla davam edib.