Salyanda qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb Hadisə

Salyanda qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Salyanda baş verən qəzada ölən və xəsarət alanlar var

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Noxudlu kəndi ərazisində baş verib.

Belə ki, “Mercedes Atego” markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Nəticədə 1978-ci il təvəllüdlü Zalıyev Daşqın Aydın oğlu hadisə yerində ölüb. Yük avtomobilinin sürücüsü, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Həsənəliyev Şükran Həşim oğlu və Salyan rayon sakini, 1977-ci il təvəllüdlü Babayev Alik Əlifağa oğlu müxtəlif dərəcəli xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.