

Taraz və Qazax şəhərləri arasında qardaşlaşma münasibətləri qurulub
Strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyətə malik olan səfər
Qazaxıstan-Azərbaycan İnvestisiya Fondu və SOCAR energetika sahəsində saziş imzalayıb
Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatında bizi çətin matçlar gözləyir"
Ərdoğan CHP-nin parlament fraksiyası sədrinin müavininə təzminat iddiası qaldırıb
Sentyabrın 1-nə keçən gecə Finlandiyada Rusiya ilə sərhədin açılmasını dəstəkləyən fləşmob başlayıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Tədbirin təşkilatçılarından biri, Lappeenranta Şəhər Şurasının deputatı İvan Devyatkinin sözlərinə görə, tədbir Rusiya ilə sərhədə yaxın yerləşən Lappeenranta şəhərində təşkil olunub.
Fləşmob çərçivəsində iştirakçılar 18 saat “növbəyə dayanacaqlar”. İzah edilir ki, Finlandiya hakimiyyəti tərəfindən sərhəd bağlanandan sonra insanlar bəzən Estoniyanın “Narva” keçid məntəqəsində Rusiyaya daxil olmaq üçün məhz bu qədər dayanmalı olurlar. Agentlik xəbər verir ki, aksiyanın məqsədi Finlandiyadan Rusiyaya Estoniya, Türkiyə və ya Norveç vasitəsilə səyahətin çox adam üçün mümkün olmadığını göstərməkdir.
İştirakçılar həmçinin Lappeenranta Şəhər Şurasına ölkə hakimiyyət orqanları ilə əlaqə saxlamaq və Nuijamaa sərhəd keçidinin nəzarətli şəkildə açılması imkanını nəzərdən keçirmək təklifi ilə müraciət imzalamaq niyyətindədirlər.
Cavid