

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) regional təhlükəsizlik, sabitlik və terrorizmə qarşı mübarizə məqsədilə yaradılıb və hazırda ciddi nüfuza malik beynəlxalq təşkilat hesab edilir. 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın iştirakı ilə Şanxayda təsis edilən təşkilata sonradan Pakistan, Hindistan, İran və Belarus da qoşulub. Bundan başqa, hazırda qurumun 2 müşahidəçi üzvü, habelə Azərbaycan və Türkiyə də daxil olmaqla, 14 dialoq tərəfdaşı var.
Politoloq Vüqar Dadaşov deyib ki, Azərbaycan prezidenti İlham Əliyevun Çinə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində səfəri həm iqtisadi, həm də siyasi cəhətdən yeni imkanlar açır.
ŞƏT-nın əsas moderatoru Çin üçün
“Bir kəmər, bir yol” proyektinin real həyata keçirilməsi və oturuşması, onun milli maraqlarının təmini üçün vacib platforma sayılır. Cənubi Qafqazın enerji və nəqliyyat dəhlizi kimi, xüsusən də Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanın əldə edilməsi fonunda Çinin ŞƏT-ı vasitəsi ilə istəkləri aydın görünür. Bu baxımdan Azərbaycan və Çinin maraqları bir-birini tamamlayır:
"Ümumiyətlə Azərbaycan enerji daşıyıcılarının ixracçısı kimi və həm də tranzit imkanları ilə fərqli və asılılığı məhdudlaşdıran alternativlərin tərəfdarıdır. İran, Gürcüstan və hazırda da Ermənistan üzərindən yeni lahiyələr mümkün görünür. Çinin Azərbaycandakı səfiri Lu Mey avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçiriləcək ŞƏT-in sammiti ilə bağlı "Azərbaycan 2016-cı ildə ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunu alıb və "ŞƏT ailəsi"nin mühüm üzvüdür" açıqlaması əslində elə Azərbaycanın imkanlarını nəzərdə tutur. Həmçinin ABŞ Çinə qarşı İqtsadi müharibəsi və Zəngəzur dəhlizinə nəzarət razılaşması Çini narahat etməyə bilməz! ".
O, qeyd edib ki, əlbəttə, Azərbaycan vasitəsi ilə ixrac imkanları iqtisadi perspektivlərlə yanaşı, Azərbaycanın həm regionda və həm də dünyada strateji mövqeyinin güclənməsinə şəraiti genişləndirir.
Digər tərəfdən Azərbaycan Rusiya münasibətlərin normallaşması üçün ŞƏT müəyyən rol oynaya bilər, hətta iki ölkə prezidentinin təmasları mümkündür. Rusiyanın ŞƏT-da xüsusi mövqeyi var və Rusiya indiki çətin beynəlxalq vəziyyətində bu təşkilatın imkanlarından yararlanmağa, təsirini göstərməyə və genişləndirməyə çalışır. Təkcə bir fakt: Çin strateji tərəfdaşlıq razılaşması olan Gürcüstanı Ermənistan və Azərbaycandan fərqli olaraq Pekində İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş və azı 26 ölkə liderinin iştirakı gözlənilən sentyabrın 3-də keçiriləcək hərbi parada dəvət etməyib. Əlbəttə ki, Rusiyanın təsiri ilə. Çinin Cənubi Qafqazda maraqları danılmazdır. Həm Gürcüstan və həm də Azərbaycanla strateji tərəfdaşlıq sazişinə malikdir. Ermənistanın da ŞƏT-na üzvlüyü gözlənilir:
"Azərbaycanın ŞƏT-da iştirakı və Çinlə əməkdaşlıq Azərbaycan Rusiya və Qərb arasında balansı qorumaq üçün vacibdir. Çoxqütblü dünya düzənini formalaşması və balansı qorumaq, yeni iqtisadi imkanların əldə edilməsi üçün ŞƏT mühüm platforma kimi Azərbaycanın maraqlarının tam uyğundur".
Cavid