

“Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasına daxili baxışı keçirilib
Özbəkistan səfiri: Füzulidə tikiləcək məscid İslam dünyasında qardaşlığın simvoludur
Türkiyə səfiri: TDT-nin 12-ci Zirvə görüşü qürurverici hadisədir
Fərid Şəfiyev: Mərkəzi Asiya ilə əməkdaşlıq "6" formatında davam etdirilməlidir
“Süni intellektdən istifadə edilməklə həyata keçirilən kibercinayətkarlıq və eləcə də müxtəlif növ cinayət halları DTX tərəfindən nəzarətdə saxlanılır”.
APA xəbər verir ki, bunu Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025" (CIDC 2025) adlı konfransın panel müzakirələri zamanı moderatorun “Süni intellektin imkanlarından istifadə etməklə həyata keçirilən kiberhücumlara, eləcə də müxtəlif növ cinayətkarlığa qarşı mübarizəyə dair hansı addımlar atılır?” sualını cavablandıran DTX-nin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov deyib.
O, son zamanlar bütün sahələrdə müşahidə edilən süni intellekt həllərinin tətbiqinə dair artmaqda olan tendensiyanı vurğulayaraq, süni intellektin cinayət məqsədləri üçün istifadəsinə dair maraqların da sürətlə artdığı barədə danışıb.
D.Rüstəmov bildirib ki, süni intellektdən istifadə edilməklə həyata keçirilən kibercinayətkarlıq və eləcə də müxtəlif növ cinayət halları DTX tərəfindən nəzarətdə saxlanılır: "Qeyd edilməlidir ki, dünyada süni intellektdən istifadə edilməklə törədilən təxribat cinayətlərinin miqyasında diqqətçəkən artım dinamikası müşahidə edilir. Əməliyyat şəraitinə nəzarət zamanı əldə olunan təcrübə, eləcə də tərəfdaş xarici xüsusi xidmət orqanları ilə aparılan əməkdaşlıq çərçivəsində bu qənaət daha da güclənməkdədir. Xaricdə aparılan araşdırmaların birində Böyük Dil Modelinin (LLM – Large Language Model) qanunsuz istifadəsinə dair hallar aşkar edilib. Bu da cinayətkar şəbəkələrə təxribat cinayətlərinin törədilməsində mürəkkəb ssenarilər hazırlamağa imkan verir”.