“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
9 Yanvar 22:05
938
“ABŞ-nin keçmiş prezidenti Donald Trampın dili ilə yayılan bu cür informasiyalar İran daxilində gündən-günə kəskinləşən etiraz aksiyalarının daha da gücləndirilməsinə xidmət edir və açıq şəkildə informasiya müharibəsinin tərkib hissəsidir”.
Bu fikirləri politoloq Şakir Ağayev “Xalqcebhesi.az”-a açıqlaması zamanı söyləyib.
Politoloqun sözlərinə görə, yay aylarında baş vermiş 12 günlük İran–İsrail qarşıdurması zamanı da oxşar iddialar səsləndirilmişdi:
“Xatırlayırsınızsa, həmin dövrdə də guya Ayətullah Xameneinin qaçması, bunkerə sığınması ilə bağlı xəbərlər dövriyyəyə buraxılmışdı. Bu tip məlumatların məqsədi Xameneinin tərəfdarlarını ruhdan salmaq, müqavimət iradəsini qırmaqdır.Əsas hədəf İranda mövcud olan dini-ideoloji sistemə zərbə vurmaqdır.Bu gün İranın indiki idarəetmə modelini çökdürmək üçün müxtəlif vasitələrdən istifadə olunur. Onlardan biri də ali dini liderin ölkədən qaçması və ya qaçmağa cəhd etməsi ilə bağlı məlumatların yayılmasıdır. Bundan əvvəl də Böyük Britaniya kəşfiyyatına istinadən İrandan qızıl daşınması ilə bağlı iddialar səsləndirilmişdi.
Bütün bu informasiyalar İranda artıq mövcud olan sosial narazılığı daha da qızışdırmaq, cəmiyyətə ‘rəhbər yoxdursa, ideologiyanın da mənası yoxdur’ mesajını ötürmək məqsədi daşıyır”.
Şakir Ağayevin fikrincə, ölkə daxilində siyasi durumun daha da kəskinləşməsi ehtimalı yüksəkdir:
“Təhlükəsizlik baxımından Xameneinin xüsusi ‘SEPAH’ qüvvələri mövcuddur. Eyni zamanda guya SEPAH-ın da zərərsizləşdirilməsi ilə bağlı məlumatlar yayılır. Bunun qarşısını almaq üçün İran dini lideri müxtəlif sosial təbəqələrdən olan qruplarla görüşlər keçirir, ABŞ, İsrail və xüsusilə Tramp əleyhinə sərt mesajlar verir.İran rəhbərliyi daxildə baş verən sosial-iqtisadi narazılıqları başqa istiqamətə yönəltməyə çalışır.Əslində sosial-iqtisadi problemlər mövcuddur. Amma Xamenei bu etirazları İranın deyil, ABŞ və İsrailin muzdlu qüvvələrinin təşkil etdiyini iddia edir və prosesə ideoloji çalar verir. Hazırda İranda həm siyasi, həm də təhlükəsizlik baxımından vəziyyət son dərəcə kövrəkdir.Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini demək çətindir. Durum ağırdır və yaxın günlərdə proseslərin necə nəticələnəcəyi aydın olacaq”.
Günel Elxan
9 Yanvar 22:15
966
9 Yanvar 21:59
1 036
9 Yanvar 21:45
1 141