“Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi…”
24 Oktyabr 10:49
24 Oktyabr 10:49
23 Oktyabr 14:25
24 Oktyabr 2025 10:20
2 233
Fransanın Nant şəhərindəki “Parc des Expositions” sərgi mərkəzində keçirilən “Serbotel” beynəlxalq sərgisi çərçivəsində Fransız mətbəxinin ən yaxşı yeməyi üzrə Dünya Kuboku baş tutub.
Yarışda iştirakçılar XVII əsrə aid klassik fransız yeməyi — "bœuf bourguignon" (Burgundiya tərzində bişmiş ət yeməyi) hazırlamalı idilər.
Azərbaycanı yarışda Fransadakı Pol Bokyuz İnstitutunun məzunu Bəhar Ağamalova təmsil edib. O, Azərbaycan mətbəxinin zəngin ənənələrini fransız kulinariyası ilə birləşdirərək ikinci yerə layiq görülüb.
1-ci yer — Braziliya
2-ci yer — Azərbaycan
3-cü yer — Fransa
Münsiflər heyəti — “Mişelin ulduzlu” və “Fransanın Ən Yaxşı Ustası” titullarına sahib doqquz tanınmış aşpazdan ibarət olub və Ağamalovanın Azərbaycan motivləri ilə təqdim etdiyi versiyanı yüksək qiymətləndirib.
Cavid
25 Oktyabr 18:56
777
25 Oktyabr 11:51
959
25 Oktyabr 11:50
1 057