 
                
                
                
             
                
                
                
            Tokayev noyabrın 12-də Rusiyaya səfərinin məqsədini açıqlayıb
İsrail səfiri: Azərbaycan və region "Tramp marşrutu"ndan möhtəşəm şəkildə faydalanacaq
Mərkəzi Bank "Monetri" BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
"İmişli" klubunun texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilməyib
Sahibə Qafarova COP30-da iştirak üçün Braziliyaya səfər edəcək
 11:19
11:19 945
945
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən hazırlanan “İlham Əliyev və Yaşıl Dünya Naminə Azərbaycan” (çap və elektron sənəd-informasiya resursları) adlı biblioqrafik göstərici işıq üzü görüb.
Kitabxananın mətbuat xidmətindən xalqcebhesi.az-a verilən məlumata görə, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı və AMEA Rəyasət Heyətinin qərarına əsasən hazırlanan biblioqrafik nəşrdə Prezident İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi dövlət siyasəti, bu istiqamətdə qəbul edilmiş normativ-hüquqi sənədlər, eləcə də qlobal iqlim dəyişmələri ilə bağlı çıxış və təşəbbüsləri sistemləşdirilmiş şəkildə təqdim edilir.
Biblioqrafik göstəricinin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Nəşrin tərtibçisi Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, redaktoru isə şöbənin əməkdaşı Şövkət Əliyevadır.
Göstərici ekoloji siyasət, yaşıl inkişaf, qlobal ekoloji təşəbbüslərdə Azərbaycanın mövqeyi və liderliyini öyrənmək istəyən tədqiqatçılar, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş mühüm elmi-informasiya mənbəyidir.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    