 
                
                
                
             
                
                
                
            
Azərbaycan həlli çətin, müxtəlif dönəmlərdə isə mümkünsüz kimi görünən prosesləri artıq arxada qoymuş ölkədir. Biz nəinki Cənubi Qafqazda, hətta dünyada belə az-az müşahidə edilən prosesi – uzun illik işğalı Böyük Zəfərə çevirməyi bacaran xalq obrazındayıq. Bu sözlər heç də təşbeh deyil, sadəcə reallıqdır. Həm də tarix yazan, tarixdə yazılan reallıq.
Bunu xalqcebhesi.az-a politoloq Bakir Həsənbəyli deyib.
"Biz xalq olaraq bu torpağa sahiblənməyi ideoloji xəttə çevirən düşməni ideolojisindən imtinaya məcbur etmişik. Yüz illərdir aparılan təbliğatın yanlış olduğunu düşmənə öz dili ilə etiraf etdirən millətik. Dəmir iradəmizlə düşmənin özünə inamını, etibarını sarsıdan millətik. Biz Türkük. İmperiyalar quran, imperiyalar dağıdan Türk. Biz haqqın səsiyik, ədalətin özüyük. Heç zaman xarici düşmən bizim üçün qorxulu olmayıb. Çünki hər zaman nəfəsimizi öz üzərində hiss edib. Zaman-zaman yolumuz enişli - yoxuşlu olub. Lakin bir dəfə belə yorulmadıq, usanmadıq. Prinsiplərimizdən geri dönmədik. Həmişə ən böyük çətinliyimiz içimizdəki yad zehniyyətlilər oldu" - Politoloq deyib.
O, vurğulayıb ki, tarixin bütün dönəmlərində ən ağrılı proses məhz insnın özündən olan yadlarla mübarizəsi olub. Bəzən bu mübarizə xarici düşmənlə aparılan mübarizədən daha amansız, daha çətin olur. Özündən olan yadların xəncəri harada və ya hansı əllərində saxladıqlarını aşkarlamaqda bir fərasətdir. Dünyada bəlkə də, bundan ağır və ağrılı mübarizə yoxdur. Bu nəfslə cihaddan da çətindir. Çünki özündən olan yad, ruhunu şeytana o, qədər ucuz satır ki...
B.Həsənbəylinin fikrincə, daxildəki düşmənlə mübarizədə ən çətin məqam gizli hücrələrin aşkarlanmasıdır. Gizli hücrələr mistika kimidir. Hənirtiləri eşidilir, özləri isə görünmürlər:
"Bu gün müstəqillik tarixinin heç bir dönəmində indiki kimi tam olmayan Azərbaycanın mövcud vəziyyətindən narahat olan qüvvələr var. Onlar həm şimalın, həm də cənubun təsir dairəsində olanlardır. Onlar nə xristiandırlar, nə də müsəlman. İblisə iqtida edənlərdirlər. Onların vətən, millət anlamı şəxsi mənfətləri qədərdir. Hər bir işdə şəxsi mənləri daha öndə olanların ruhları da zəhərlidir. Bu insanlar ağızlarında zəhərli ilan bəsləyirlər. Hər an zəhərlərini axıtmaları üçün məqam axtarışındadırlar. Onlar ruhən xəstədirlər. Həmişə gərgindirlər, gözlərində qəzəb olur bu canlıların. Dünya iki rənglidir bu varlıqlar üçün. Qara və yenə də qara.
Azərbaycan artıq beş ildir ki, Cənubi Qafqazın geopolitik iradə sahibi olan dövlətidir. Qlobal oyunçuların bu coğrafiyaya inteqrasiyası məhz Azərbaycanın maraqlarının təminatı konteksində mümkün ola bilər. Vətəndaş – dövlət – lider vəhdətinin Vahid Dövlət formatına çevrilməsinin uğurundan narahatlıq hissi yaşayanlar, bu birliyin təmintçılarına düşmən gözü ilə baxırlar. Təsadüfi deyil. Axı onların “siyasətdə” var olmalarının səbəbi bir anda yox olur. İllərlə danışdıqlarının yalanlar toplusu olduğu üzə çıxır. Bəsit zehniyyətləri faş olur.
Vicdanları korroziyaya uğrayanların paklanmaq, çirkabdan qurtulmaq kimi dərdləri yoxdur. Əksinə çirkabla qidalanların çirkabdan qurtulması onların intiharlarıdır. Lakin həqiqət gec də olsa günəş kmi parlayar. Günəşin çıxmasından əndişələnlər isə yarasalardır. Onun parlaq şəfəqlərindən kor olan yaraslar".
Cavid