Pezeşkian: Regionda sülh üçün vasitəçilik başlayıb
6 Mart 16:06
6 Mart 16:06
6 Mart 12:36
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
Bakıda terror aktı hazırlayan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Medianın İnkişafı Agentliyi ölkəmizlə bağlı informasiya təxribatlarına qarşı xəbərdarlıq edib
Prezident İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
19 Yanvar 09:54
1 498
Vəkillərin fəaliyyəti ilə bağlı aparılmış intizam icraatlarının nəticələri açıqlanıb.
APA xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci ilin hesabatında qeyd edilib.
Bildirilib ki, bir sıra hallarda intizam tənbehi tətbiq edilməklə yanaşı, bəzi müraciətlər üzrə icraata xitam verilib və ya qiymət verilməsinin mümkün olmadığı müəyyən edilib.
Məlumata görə, 36 halda intizam tənbehi tətbiq edilmədən vəkillərə qanunvericiliyin tələblərinə riayət olunmasının diqqətə çatdırılması ilə kifayətlənilib. 4 vəkilə xəbərdarlıq edilib, 18 halda irad tutulub, 21 vəkilə töhmət verilib, 2 halda cərimə tətbiq olunub.
Bundan əlavə, 10 vəkilin vəkillik fəaliyyəti müəyyən müddətə dayandırılıb, 5 vəkil isə Kollegiya üzvlüyündən xaric edilib.
Eyni zamanda, 40 müraciət üzrə pozuntu müəyyən olunmadığına, şikayətin geri götürüldüyünə və ya digər əsaslara görə intizam icraatına xitam verilib.
Bildirilib ki, ötən il Rəyasət Heyətinə 1 556 şikayət daxil olub. Bunlardan 162 müraciət üzrə intizam icraatı başlanılıb (10 müraciət bir icraatda birləşdirilməklə), 1 394 müraciət üzrə isə intizam icraatı başlanılması üçün əsas müəyyən edilməyib. İntizam icraatı başlanılan 162 müraciətin 114-ü fiziki və hüquqi şəxslərdən, 46-sı dövlət orqanlarından, 2-si isə qeyri-dövlət orqanlarından daxil olan müraciətlərdir.
6 Mart 22:27
833
6 Mart 22:27
966
6 Mart 18:11
1 253