Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
Bakıda terror aktı hazırlayan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Medianın İnkişafı Agentliyi ölkəmizlə bağlı informasiya təxribatlarına qarşı xəbərdarlıq edib
Prezident İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
15:35
994
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kənd tam orta məktəbində tədris davam etdirilir.
APA-nın yerli bürosu xəbər verir ki, martın 5-də Naxçıvanda yaxınlığına İran tərəfinfən atılan dron düşən məktəbdə dərslər bərpa olunub.
Hadisə şahidi olan məktəbin müəllimi Leyla Həsənova deyib ki, dünən dərsdə güclü partlayış səsi eşidiblər: “Aeroport bizə yaxın olduğu üçün partlayışın aeroportun ərazisində baş verdiyini gördük. Dərhal uşaqları təxliyə etdik və məktəbin həyətinə çıxdıq. Təxminən 7–8 dəqiqə sonra ikinci zərbə endirildi. Yaşadığımız stresə baxmayaraq, tez bir zamanda uşaqların təxliyəsini təmin etdik".
Məktəbin digər müəllimi Aytəkin Babayeva isə qeyd edib ki, dünən baş verənlərə baxmayaraq, bu gün tədris öz qaydasında davam etdirilir: "Dünən təşviş yaransa da, vəziyyəti nəzarətdə saxladıq. Tədris prosesi cədvələ uyğun şəkildə davam edir və şagirdlərə lazım olan psixoloji dəstək göstərilir".
Qeyd edək ki, dron hücumu zamanı məktəbə dəyməyib.
18:44
938
17:43
1 120
16:59
1 043
