Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
Bakıda terror aktı hazırlayan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Medianın İnkişafı Agentliyi ölkəmizlə bağlı informasiya təxribatlarına qarşı xəbərdarlıq edib
Prezident İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
15:12
1 281
Mən 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur şəhərində anadan olmuşam. Uşaq vaxtlarım yadıma düşəndə ən çox yadda qalan hadisələrdən biri Ermənistan-Azərbaycan münaqişəsi dövründə yaşadıqlarımızdır. O vaxtlar Naxçıvana və ətraf rayonlara düşmən tərəfindən tez-tez mərmilər atılırdı, bombalar düşürdü. Naxçıvan blokada vəziyyətində idi və insanlar çox çətin günlər yaşayırdı.
Yadıma gəlir ki, Şərura bombalar düşəndə kəndin, şəhərin kişiləri döyüşə gedirdi. Qadınlar və uşaqlar isə qorunmaq üçün zirzəmilərə, sığınacaqlara yığışırdıq. O günlər həqiqətən çox ağır idi. Mərmilərin, topların səsi hələ də qulağımdadır. Uşaqlıq travması kimi yaddaşımda qalıb.
2020-ci ildə 44 günlük Zəfərdən sonra Naxçıvan əhalisi çox sevindi. Hamı ümid etdi ki, Zəngəzur dəhlizi açılacaq və nəhayət Bakı ilə Naxçıvan arasında quru yol bərpa olunacaq. Hətta ölkə rəhbərimiz Cənab Prezident İlham Əliyev də çıxışlarında demişdi ki, artıq Naxçıvana tanklarla yox, öz şəxsi avtomobillərimizlə gedəcəyik. Bu sözlər bizə böyük ümid vermişdi.
Amma son günlər regionda yenidən gərginlik, müharibə söhbətləri eşidilir. Dünən İran rejiminin Naxçıvan istiqamətində dron hücumu xəbərləri məni çox sarsıtdı. Bu xəbəri eşidəndə öz uşaqlığım yadıma düşdü. Fikirləşdim ki, orada yaşayan məktəblilər, uşaqlar görəsən nə hiss edir? Onlar da bizim kimi qorxu yaşayırmı? Görəsən onların yaddaşında da bu səslər illərlə travma kimi qalacaqmı?
Mənim tək arzum budur ki, regionda sülh olsun. Qonşu dövlətlərin bir-birinə silah, mərmi atması insanlığa və insan hüquqlarına ziddir. Qonşuya hücum etmək, qorxu yaratmaq heç vaxt yaxşı nəticə vermir.
Allah xalqımızı, millətimizi qorusun. Arzum budur ki, gələcək nəsillər bizim gördüyümüz müharibə səhnələrini görməsin və uşaqlar sülh içində böyüsünlər.
"İnkişafa və islahatlara dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev
18:44
938
17:43
1 113
16:59
1 036